Topaz Premyer Liqasının XXXIV turunda daha bir futbolçu çempionatda debüt edib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” - “İnter” matçının 59-cu dəqiqəsində qonaqların heyətində meydançaya gənc müdafiəçi Abbas Hüseynov çıxıb. Bu, gələn ay 19 yaşını qeyd edəcək futbolçunun əsas komandanın heyətində debüt oyunu olub.
Hüseynov Bakı klubunun heyətində cari çempionatda meydançaya çıxmış sayca 31-ci futbolçudur. Müdafiəçi cari mövsümdə komandanın ən gənc oyunçularından biri olub.
Qeyd edək ki, cari mövsümdə “İnter”in heyətində ən çox oyun keçirən futbolçular Vaqif Cavadov və Aleksandr İaşvilidir - 32 oyun. Meydançada ən çox top qovan futbolçu isə konqolu Brüs Abdulayedir - 2678.
Mənbə: inter.az