21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan millisinə 0:3 hesabı ilə uduzan Rusiya yığmasının uğursuzluğu qonşu ölkədə müzakirə olunmaqdadı. Apasport.az saytının məlumatına görə, keçirdiyi 4 oyunda 3 dəfə uduzan U-21-in nəticələri Rusiya Futbol İttifaqının (RFİ) İcraiyyə Komitəsində də müzakirəyə çıxarılacaq.
Bu tədbir noyabrın 25-də baş tutacaq. Yığmaların il ərzindəki çıxışlarını dəyərləndirəcək qurum rəhbərliyi noyabrın U-21-in uğursuzluqlarına xüsusi diqqət ayıracaq. Şimallıların baş məşqçi Dmitri Xomuxa ilə bağlı qərarı da yığıncaqda verəcəyi gözlənilir.