Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu dekabrın 11-də Bakıda “Qarabağ”a qarşı keçirəcək “İnter” qış fasiləsində heyətində ciddi dəyişikliklər edəcək. Apasport.az-ın məlumatına görə, transfer çalışmalarını davam etdirən “neradzurra” bir neçə oyunçusu ilə də yollarını ayıra bilər.
Komandadan getməsi real görünən oyunçulardan biri də Mateo Kovaçiçdi. 20 yaşlı yarımmüdafiəçinin meneceri Marko Naletiliç müştərisinin İspaniya nəhənglərindən birinə keçə biləcəyini istisna etməyib: “Böyük istedadı olan futbolçular haqda transfer xəbərlərinin yayılması normal haldı. Düzdü, Kovaçiç özü “İnter”də qalmağın tərəfdarıdı. Amma o, özünü daha böyük klublarda, konkret olaraq “Real” və ya “Barselona”da sınaya bilər. Çünki bu komandalardan təklif almışıq”.
Qeyd edək ki, millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığmasının da formasını geyinən Mateo Kovaçiç “İnter”ə bu mövsümün əvvəlində Zaqreb “Dinamo”sundan keçib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı