Balayev Almaniyada ilk kubokunu qazandı
05.01.2015 - 10:16
Balayev Almaniyada ilk kubokunu qazandı

Millimizin qapıçısı Emil Balayev yeni klubu “Ayntraxt”da ilk kubokunu qazanıb. Apasport.az saytının məlumatına görə, Almaniya klubu yaranan fasilədən istifadə edərək, mübarizə apardığı 13-cü Harder kubokunun qalibi olub.

 

Frankfurt təmsilçisi mini-futbol turnirinin əsas dairəvi sistemlə keçirilən əsas mərhələsində 4 matç keçirib. “Karlsrue”ni 2:1, Valdhof”u 3:0 və “Kayzerslautern”i 5:4 hesabı ilə məğlub edib, “Sandhauzen”ə 1:2 hesabı ilə uduzan komanda finala yüksəlib.

 

İki ən yaxşının üz-üzə gəldiyi həlledici matçda Balayevin komandası millimizin digər üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” ilə qarşılaşıb. 4:4 hesabı ilə başa çatan qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. 9 metrlik zərbələrdə daha dəqiq olan “Ayntraxt” 5:4 hesabı ilə qalib gəlib. Nazarov bu seriyalarda 2 dəfə qol sevinci yaşasa da, komandası məğlub olub.

 

Qeyd edək ki, Balayev “Ayntraxt”ın yarışa qatılan “12-liy”ində olsa da, onun hansı görüşlərdə və neçə dəqiqə forma geydiyi haqda dəqiq məlumat yoxdu.