“Milan” futbol klubu Mario Balotellini 30 milyon avroya satılır. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi bu addımla oyunçudan əldə edilən gəliri heyətin gücləndirilməsinə sərf etmək niyyətindədir.
“Milan” ötən mövsüm çempionatda 7-ci yeri tutaraq, avrokuboklara düşə bilməyib. Balotelli “Milan”dan əlavə, “İnter” və “Mançester Siti”nin heyətində çıxışları ilə məşhurlaşıb. O, ən böyük uğurunu “İnter”də əldə edib – 2008, 2009 və 2010-cu illərdə İtaliya çempionu olub, 2010-cu ildə İtaliya kubokunu və elə həmin il Çempionlar Liqasını udub.
“Mançester Siti”yə 2010/2011-ci illər mövsümündə keçən futbolçu İngiltərə çempionu olub, İngiltərə kuboku və Superkubokunda qalib gəlib. 2013-cü ilin yanvarında “Milan”ın formasını geyinib.