Balotelli yenidən İngiltərəyə qayıda bilər
04.02.2014 - 01:28
Balotelli yenidən İngiltərəyə qayıda bilər

“Milan”ın hücumçusu Mario Balotelli yenidən İngiltərə Premyer Liqasına qayıda bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Arsenal” 23 yaşlı futbolçuya elçi düşüb. 

 

Hücum xəttində problemlər yaşayan London təmsilçisi buranı 23 yaşlı forvardla gücləndirmək istəyir. 

 

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Balotelli ötən ilin yanvarında “Mançester Siti”dən “Milan”a transfer olunub. Milan klubunun prezidenti Silvio Berluskoni isə yaxın günlərdə açıqlama verərək gənc futbolçunu qış fasiləsində satacaqlarını demişdi.