Balotellidən “qızdırmalı” cavab - FOTO
09.04.2015 - 16:21
Balotellidən “qızdırmalı” cavab - FOTO

“Liverpul”un hücumçusu Mario Balotelli maraqlı addım atıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu İngiltərə Kubokunda “Bləkbörn”lə (1:0) matçı buraxdığı üçün onu tənqid edən insanlara cavab verib.

 

Hərarətinin olduğunu sübut etmək üçün termometrin şəklini çəkən Balotelli onu “İnstagram” səhifəsində paylaşıb. O, bununla 38,7 dərəcə hərarətinin olduğunu və bu səbəbdən matçı buraxdığını göstərməyə çalışıb.

 

Səhifəsində fikirlərini də yazan Balotelli söhbət əsnasında komanda yoldaşı Filipp Koutinyonu tərifləyib: “Bu şəkli paylaşmaqla xəstə olduğumu sübut etməyə çalışdım. O ki qaldı oyuna, Koutinyo sehrli futbolçudu. Onun oyunundan həzz aldım”. 

0