Banişevskinin əksi olan futbolka bu gün satılacaq
05.09.2014 - 15:14
Milli komandamızın daha bir yerdə fan-şopu açılacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün saat 18:00-da Park Bulvar Alış-Veriş Mərkəzində fan-şopun acılış mərasimi keçiriləcək.
Açılış mərasimində, həmçinin, üzərində Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin əksi olan eksklüziv futbolkanın (SSRİ yığmasının replica maykası) təqdimatı və satışı təşkil olunacaq.
0
0