Baş katib FİFA prezidenti olmaq istəyir
26.10.2015 - 17:54
Baş katib FİFA prezidenti olmaq istəyir

 

FİFA prezidentliyinə namizədliyini irəli sürəcək daha bir şəxsin adı bəlli olub. Apasport.az saytı xəbər verir ki, UEFA-nın baş katibi Canni İnfantino ali futbol qurumunda keçiriləcək seçkilərə qatılmaq fikrinə düşüb. 

45 yaşlı isveçrəli seçkilərdə  həmyerlisi Zepp Blatterin postunu tutmaq arzusundadı. 
 
FİFA-nın prezident seçkiləri gələn il fevralın 26-da keçiriləcək.   

Qeyd edək ki, İsveçrədə anadan olan İnfantino ixtisasca vəkildi. 3 uşaq atası olan futbol funksioneri bir neçə dildə sərbəst danışmağı bacarır. O, 2000-ci ildən UEFA-da çalışır.