Baş məşqçini təhqir edən futbolçu klubdan qovuldu
15.02.2016 - 18:30
Baş məşqçini təhqir edən futbolçu klubdan qovuldu

Fransanın PSJ klubu Serj Orye ilə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Loran Blan və komandanın ulduz futbolçusu Zlatan İbrahimoviçi təhqir edən müdafiəçi sərt cəza alıb.

 

Belə ki, klub rəhbərliyi Gil Dişi Sahilindən olan legioneri komandadan qovmağı lazım bilib. Paris təmsilçisinin prezidenti Naser Əl-Həleyfi bunu təsdiqləyib: “PSJ ciddi klubdu. Burada heç kim mənfi ab-hava yarada bilməz”.

 

Qeyd edək ki, Orye onun klub üzvlərini təhqir etdiyi videonun saxta olması ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədi.