BATE-dən ardıcıl 10-cu çempionluq
17.10.2015 - 10:41
BATE-dən ardıcıl 10-cu çempionluq

Daha bir ölkənin çempionu məlumdu. Apasport.az saytının məlumatına görə, Belarus çempionatında qızıl mükafatçı müəyyənləşib.

 

XXIII turun açılış matçında “Vitebsk” üzərində səfər qələbəsi (2:0) qazanan BATE sona 3 tur qalmış ən yaxın izləyicisi Minsk “Dinamo”sundan 13 xal önə keçib. “Dinamo”nun ehtiyatında bir oyun olmasına baxmayaraq, artıq Minsk təmsilçisinin liderə çatmayacağı dəqiqləşib. Bununla da BATE tarixində 12-ci, ardıcıl isə 10-cu dəfə Belarus çempionluğunu qazanıb.

 

Bu çempionluq sayəsində BATE 2016/17 mövsümündə Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. Ona qədər İrlandiyadan “Dundalk”, İslandiyadan "Hafnarfyordur", Farer adalarından isə “B36 Torshavn” eyni uğura yiyələnmişdilər.