Belarus yığmasının futbolçusuna Azərbaycandan təklif
24.01.2014 - 10:11
Belarus yığmasının futbolçusuna Azərbaycandan təklif

Belarus milli komandasının futbolçusu Aleksandr Bıçenek karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu 29 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

Hazırda karyerasını Qazaxıstanın “Kayrat” klubunda davam etdirən Aleksandr təklig aldığı komandaların adlarını deyil. Ölkələri açıqlayıb: “Belarusun bir neçə klubundan təklif almışam. Azərbaycan və Qazaxıstanda da məni öz klubunda görmək istəyənlər var. Lakin “Atırau” bu siyahıda yoxdur”.

Qeyd edək ki, Belarusun əsas yığmasında 56 oyun keçirən futbolçu vətənində “Dnepr”, “Şaxtyor” və Minsk “Dinamo”sunda çıxış edib. 2012-cki ildə isə Bıçenek “Kayrat”da keçib.