“Real”ın hücumçusu Kərim Benzemanın zədəsi ciddi deyil. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, fransalı forvard tezliklə komandasına qoşula biləcək.
Fransa millisinin heyətində Ermənistanla (4:0) yoxlama görüşündə sol ayağından xəsarət alan 28 yaşlı oyunçunun ən azı 3 həftə yaşıl meydançalardan uzaq qalacağı açıqlanmışdı. Lakin klubun həkimlərinin müayinəsindən sonra məlum olub ki, zədə o qədər ciddi deyil. Artıq məşqlərə başlayan Benzema oktyabrın 21-də Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə keçiriləcək görüşdə komandasına kömək edə biləcək.
Qeyd edək ki, Kərim Benzema İspaniya La Liqasında 7 turdan sonra 6 qolla bombardirlər yarışına başçılıq edir.