Azərbaycanın milli komandasının məşqçilərinin Topaz Premyer Liqasının XXVI turunda izləyəcəyi oyunlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts martın 16-da keçiriləcək "Bakı" – "Qəbələ" və "İnter – Qarabağ" qarşılaşmalarını canlı izləyəcək.
Onun köməkçiləri də eyni gündə baş tutacaq tur zamanı iş başında olacaq. Aslan Kərimov "Neftçi" – AZAL, Mahmud Qurbanov isə "Sumqayıt" – "Xəzər Lənkəran" oyununa tamaşa edəcək.
Qeyd edək ki, XXVI turun yalnız bir görüşü – “Simurq” – “Rəvan” qarşılaşması milli məşqçiləri tərəfindən izlənməyəcək.
Mənbə: affa.az
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi