Berti Foqts: “Qəbələ” – “Qarabağ” oyunu heç-heçə başa çata bilərdi
08.02.2014 - 17:56
Berti Foqts: “Qəbələ” – “Qarabağ” oyunu heç-heçə başa çata bilərdi

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – “Qarabağ” oyununu izləyib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis liderlərin iştirakı ilə keçirilən mərkəzi oyundakı mübarizədən razı qalıb.

 

Foqts “Qarabağ”ın 1:0 hesabı ilə qalib gəldiyi görüş haqda fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Nəticə “Qarabağ” üçün çox uğurlu oldu. Meydanda taktiki mübarizə gedirdi. Oyun heç-heçə başa çata bilərdi”.