Berti Foqts “Simurq”un oyununu izlədi
16.01.2014 - 20:55
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts klublarımızın iştirakı ilə keçirilən daha bir yoxlama oyununu izləyib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində olan almaniyalı mütəxəssis bu dəfə “Simurq”un qarşılaşmasına şahid olub.
Foqts Zaqatala təmsilçisinin Almaniyanın “Velbert” klubu ilə matçına baxıb. Onun 90 dəqiqə tamaşa etdiyi matçda təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib.
0
0