Berti Foqts: Söz verdim ki...
01.04.2014 - 13:22
Berti Foqts: Söz verdim ki...

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ yığmasına müşavir təyin olunmasının necə gerçəkləşdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bunun təşəbbüskarının Yurgen Klinsmann olduğunu bildirib.

 

Foqts qısa açıqlamasında ABŞ yığmasının çalışdırıcısının xahişindən imtina edə bilmədiyini söyləyib: “Bununla bağlı Yurgenin özü məndən xahiş etdi. Sabiq yetirməm məndən köməyimi əsirgəməməyi istəyirdi. Əlbəttə ki, mən də razılaşdım. Mən ona söz verdim ki, kömək edəcəm. Axı uzun illər boyu əla münasibətlərimiz olub”.

 

Qeyd edək ki, Klinsmann 1990-98-ci illərdə Foqtsun rəhbərliyi altında Almaniya yığmasında oynayıb. Onlar 1996-cı ildə Avropa çempionu titulunu da qazanıblar.