“70 dəqiqə pis oynamadıq. Qalan vaxt ərzində bəzi futbolçular yoruldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis yığmamızın ABŞ-la yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Bir neçə futbolçunu yeni mövqelərdə sınaya bildim və sevinirəm ki, bu cür imkan əldə etdim. Bu oyunda təkcə müdafiəçilərimizin səhv etməsi fikri ilə razı deyiləm. Yarımmüdafiə xəttində də səhvlər var idi. Bu oyunun təşkilinə görə rəqibimizə təşəkkür edirəm. ABŞ yığmasının heyətində yüksək səviyyəli futbolçular var. Bizim gənc oyunçular üçün onlara qarşı mübarizə aparmaq yaxşı təcrübədir”.
Qeyd edək ki, Azərbaycan yığması San-Fransiskodakı qarşılaşmada 0:2 hesabı ilə uduzub.
Berti Foqts: Yarımmüdafiə xəttində də səhvlər var idi
28.05.2014 - 09:21
0
0