Berti Foqts Çezare Prandelli ilə görüşdü
23.02.2014 - 19:29
Berti Foqts Çezare Prandelli ilə görüşdü

 

Bu gün 2016-cı ildə Fransada təşkil ediləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasından sonra milli komandamızın baş məşqçisi Berti Foqts İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, italiyalı mütəxəssislə fikir mübadiləsi aparan Foqts onlara bu il Braziliyada təşkil ediləcək dünya çempionatında uğurlar arzulayıb.