“Almaniya millisi dünya çempionatının yarımfinalına çıxan komandalar arasında ən güclüsüdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis Braziliyada keçirilən dünya çempionatının final mərhələsi ilə bağlı fikirlərini açıqlayıb.
Foqts bu gün start götürəcək yarımfinal ərəfəsində favoritini açıqlayıb: “Bundestimin həm texniki, həm taktiki cəhətdən digər komandalardan üstünlüyü şübhəsizdi. 1990-cı ildən sonra Almaniya yığmasının dünya çempionu titulunu qazanmaq şansları heç vaxt bu qədər böyük olmayıb”.
Qeyd edək ki, Foqtsun 1990-98-ci illərdə çalışdırdığı Almaniya bu gün keçirilən yarımfinalda Braziliya ilə qarşılaşacaq.