Berti Foqts jurnalistlərlə bir araya gəlir
05.09.2014 - 10:55
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla oyun öncəsi keçirəcəyi mətbuat konfransının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis sentyabrın 8-də yeni tsikl və rəqiblə matç barədə jurnalistlərin suallarını cavablandıracaq.
Tədbir saat 12:30-da, “Sheraton Baku Airport Hotel”də olacaq.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu sentyabrın 9-da olacaq.
Mənbə: affa.az
0
0