Berti Foqts üçün növbəti rəqib
09.05.2014 - 13:03
Berti Foqts üçün növbəti rəqib

Mayın 27-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək ABŞ yığması daha bir rəqiblə anlaşıb. Apasport.az saytının məlumatına görə, millimizin alman baş məşqçisi Berti Foqtsun müşavir olduğu Şimali Amerika təmsilçisi Belçika ilə yoxlama matçında qüvvəsini sınayacaq.

 

İyunun 12-də Braziliyada start götürəcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə baş tutacaq oyun elə mundialın açılış günündə keçiriləcək. Qarşılaşma Braziliyada baş tutacaq.

 

Qeyd edək ki, Yurgen Klinsmannın baş məşqçisi olduğu amerikalılar Azərbaycan və Belçika ilə matçların arasında daha iki qarşılaşma keçirəcək. Onlar iyunun 1-də Türkiyə, 7-də Nigeriya ilə oynayacaq.