Berti Foqts və Ruslan Abışov brifinq keçirəcək
04.09.2014 - 18:45
Sentyabrın 5-də, saat 12:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, Tədbir başa çatdıqdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun və millinin üzvü Ruslan Abışovun brifinqi keçiriləcək.
Qeyd edək ki, bu il mayın 26-dan qüvvəyə minən sponsorluq müqaviləsinə əsasən “Clear” şampunu Azərbaycan milli komandasının rəsmi şampunudur.
affa.az
0
0