Berti Foqtsla Qurban Qurbanov “Xəzər Lənkəran”ın oyununda görüşdü
18.01.2014 - 16:28
Berti Foqtsla Qurban Qurbanov “Xəzər Lənkəran”ın oyununda görüşdü

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunlarını izləyən millimizin baş məşqçisi Berti Foqts “Xəzər Lənkəran”ın yoxlama matçında olub. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis təmsilçimizin Türkiyənin “Gənclərbirliyi” klubu ilə görüşünü canlı izləyib.

 

Oyunun baş tutduğu meydanın yaxınlığında məşq keçəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da komandasının hazırlığına vaxtından əvvəl gələrək, “Xəzər Lənkəran”ı izləyib. Yalnız ilk hissəyə tamaşa edən 42 yaşlı mütəxəssis oyunun fasiləsində Foqtsla görüşərək, qısa fikir mübadiləsi aparıb. Bundan sonra o komandasının məşqinə başlayıb.

 

Qeyd edək ki, Qurbanovla Foqtsun izlədiyi matçda türkiyəlilər 2:0 hesabı ilə qalib gəlib.