Berti Foqtsun mətbuat konfransının vaxtı açıqlandı
18.08.2014 - 09:33
Berti Foqtsun mətbuat konfransının vaxtı açıqlandı

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransının vaxtıl müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Özbəkistanla avqustun 20-dəki yoldaşlıq oyunu öncəsi baş tutacaq tədbir sabaha planlaşdırılıb.

 

Belə ki, konfrans avqustun 19-da, saat 17:30-da,“Sheraton Baku Airport Hotel”in "Çinar-3" zalında keçiriləcək. Saat 16:30-da, AFFA-nın inzibati binasının qarşısından KİV nümayəndələrini mətbuat konfransına aparacaq nəqliyyat vasitəsi yola düşəcək.

 

Həmin avtomobil konfransdan sonra jurnalistləri “Sheraton Baku Airport Hotel”dən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna aparacaq. Onlar milli komandanın məşqini izləmək imkanı əldə edəcək.