Bıçaqlanan məşqçi danışdı: 3 nəfər idilər, birini tanıyıram
29.01.2014 - 13:20
Bıçaqlanan məşqçi danışdı: 3 nəfər idilər, birini tanıyıram

“Hazırda həkimlər yanımdadı. Həm də, bir az özümə gəlim, ətraflı danışarıq”. Bu sözləri apasport.az saytına dünən Gəncədə bıçaqlanan “Kəpəz” klubunun sabiq baş məşqçisi Mehman Hacıyev deyib.

 

Hacıyev dünən bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən 40 yaşlı mütəxəssisin hazırda vəziyyəti normaldır.

Əməkdaşımızla söhbətində Hacıyev bildirib ki, ona xəsarət yetirənlərdən birini tanıyır: “3 nəfər idilər. Birini tanıyıram, son günlər tanış olmuşduq. Amma digər ikisini tanıya bilmədim”.

Xatırladaq ki, hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb.