Biletlər nə vaxt satışa çıxarılacaq?
04.04.2014 - 15:35
Biletlər nə vaxt satışa çıxarılacaq?

Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın biletlərinin satışa çıxarılacağı tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər həlledici mərhələnin oyunlarına biletləri aprelin 15-dən etibarən əldə edə biləcək.


Bunun üçün onlar cəmi 2 manat ödəməli olacaq. Biletləri hansı məkandan satılacağı da UEFA-nın rəsmi saytında öz əksini tapıb. Belə ki, oyunu izləmək istəyənlər biletləri matçların baş tutacağı “Sərhədçi” Olimpiya İdman Kompleksinin kassalarından və ya “28 Mall” ticarət mərkəzindən əldə edə bilərlər.

1/2 final, 24 aprel

18:30. "Kayrat" (Qazaxıstan) - "Dinamo" (Moskva, Rusiya)

21:00. "Araz" (Azərbaycan) - "Barselona" (İspaniya)

26 aprel

19:00. III yer uğrunda oyun

 

21:00. Final