Bir futbolçu “Simurq”u tərk etdi
15.05.2014 - 17:55
Bir futbolçu “Simurq”u tərk etdi

“Simurq”un xorvatiyalı yarımmüdafiəçisi Styepan Polyak ölkəmizi tərk edib. Apasport.az saytının məlumatına görə, mərkəz oyunçusunun ölkəmizi tərk etməsinin səbəbi onun sonuncu turda komandasına kömək edə bilməməsidir.

Belə ki, ötən tur “Xəzər Lənkəran”la görüşün (2:2) 41-ci dəqiqəsində sarı vərəqə almaqla cəzalı duruma düşən Polyak mayın 17-də Zaqatalada “Neftçi” önünə çıxa bilməyəcək. Bundan başqa, komandanın braziliyalı mərkəz müdafiəçisi Anderson Oliveyra və kapitanı Ruslan Poladov zədəli olduqları üçün matçda olmayacaqlar.

Qeyd edək ki, bürünc medal üçün həlledici olan görüşə “Neftçi” də itkilərlə çıxacaq. “Ağ-qaralar” cəzalı Rəşad Sadiqov və zədəli Araz Abdullayevin xidmətindən yararlana bilməyəcək.