Bir qol yetər
31.01.2014 - 14:45
Bir qol yetər

Azərbaycan milli komandasının futzalçısı Biro Jade Avropa çempionatlarının tarixinə düşə bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün milliləşən braziliyalı oyunçumuza cəmi 1 qol vurma kifayətdir.

Bunu bacaracağı halda Biro Jade final mərhələlərində qol sevinci yaşayan ən yaşlı futzalçı olacaq. Yanvarın 24-də 41 yaşını qeyd edən cənubi amerikalı bu gün Sloveniyanın qapısına yol tapsa, 41 yaş 7 günlüyündə fərqlənmiş olacaq. Braziliyalı 36 yaş 364 günlüyündə Polşanın qapısına yol tapan xorvatiyalı Miko Martiçin 13 il əvvəl müəyyənləşdirdiyi rekordu yeniləyəcək.

Qeyd edək ki, final mərhələsində meydana çıxan ən yaşlı oyunçu da millimizin üzvü olub. 2 il əvvəl yığmamızın şərəfini qoruyan Andrey Tveryankin 44 yaş 334 günlüyündə meydana çıxmışdı.