Biri “Qəbələ”də, biri “Sumqayıt”da
13.02.2015 - 09:49
Biri “Qəbələ”də, biri “Sumqayıt”da

Topaz Premyer Liqasının həftəsonu keçiriləcək XXII turunu cəza üzündən buraxacaq futbolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yalnız iki futbolçunun qarşısında oynaması mümkün olmayacaq.

 

Belə oyunçulardan biri “Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnıdı. O, ötən turun “Simurq”la matçında sonuncu ümid foluna görə qırmızı vərəqə aldığı üçün “Neftçi” önünə çıxmayacaq.

 

“Sumqayıt” isə Tarzin Cahangirovun xidmətindən məhrum olub. Buna səbəb gənc oyunçunun 4-cü sarı vərəqəsini almasıdı. “Bakı” ilə görüşdəki xəbərdarlıq onun AZAL-la matçda meydana çıxmasına imkan verməyəcək.