Türkiyə çempionatının I dəstəsində XXVII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçuları Saşa Yunisoğlu və Davud Kəriminin komandaları da turun qarşılaşmasına çıxıb.
Sonuncunun şərəfini qoruduğu “Fəthiyəspor” səfərdə “Mersin İdman Yurdu”nun qonağı olub. Meydan sahibləri bu qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Davudun adı “18-liy”ə daxil edilsə də, qapıçı meydana çıxmayıb.
Saşanın çıxış etdiyi “Dənizlispor” isə səfərdə “Adanasıor”a qalib gəlib – 3:1. Müdafiəçimizin adı “18-liy”dən də kənar qalıb.
Qeyd edək ki, 26 oyunda 28 xal toplayan “Dənizlispor” 19 komanda arasında 12-ci, 23 xala malik “Fəthiyəspor” 16-cı pillədə qərarlaşıb.