Birinci divizionda növbəti darmadağın
23.09.2015 - 18:43
Birinci divizionda növbəti darmadağın

Futbol üzrə Azərbaycan birinci divizionunda 3-cü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Energetik” öz meydanında “Qaradağ Lökbatan”ı qəbul edib. Matç meydan sahiblərinin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:5.

 

Xatırladaq ki, “Energetik” bundan əvvəlki turlarda da  rəqiblərinə böyük hesabla yenilmişdi.

 

23 sentyabr

Birinci divizion, 3-cü tur

 

“Energetik” - “Qaradağ Lökbatan” - 0:5
Qollar: Elgiz Kərəmli, 8 (0:1), Cavid Muxtarzadə, 10-pen (0:2), Aslan Hüseynov, 14 (0:3), Əliqulu Mənəfov, 17 (0:4), Sabir Allahquliyev, 55 (0:5)