“İtaliya millisi dünyanın ən güclü komandalarından biridir. Ona görə də bilirdik ki, güclü rəqiblə oynayacağıq”. Bunu apasport.az saytına futzal üzrə millimizin üzvü Biro Jade deyib.
Millimiz Avropa çempionatının final mərhələsinin son matçında İtaliya ilə qarşılaşıb və 0:7 hesabı ilə məğlub olub. Oyundan sonra Biro Jade fikirlərini bildirib: “İlk hissədə 3 qol buraxdıqdan sonra ikinci yarıda risk etməyə məcbur idik. Ancaq 5 futzalçı ilə oynasaq da, istəyimiz reallaşmadı. Əksinə, qapımızda daha 4 qol gördük. Ola bilər ki, bu mənim üçün sonuncu Avropa çempionatı idi. Çünki yaşımla əlaqədar millidən gedə bilərəm. Bununla belə, bu haqda qərarımı mövsümün sonunda verəcəyəm”.
Qeyd edək ki, bu məğlubiyyətlə millimiz 3 xalla qrup sonuncusu olub. Millimiz Belçika vaxtı ilə səhər saatlarında vətənə qayıdacaq.
Səbuhi TOFİQOĞLU
Antverpen