Blatter həbs olunacaq?
25.09.2015 - 21:56
Blatter həbs olunacaq?

FİFA prezidenti Yozef Blatter haqqında məhkəmə iddiası qaldırılıb. Apasport.az saytının məlumatına görə, bu barədə İsveçrə Federal Prokurorluğu  yazılı açıqlama yayımlayıb.

 

Bildirilir ki, isveçrəli futbol funksioneri “Cəzaya səbəb olacaq qüsurlu idarəetmə” və “Mənimsəmə” iddiaları səbəbindən məhkəməyə cəlb olunacaq.

 

Bundan əlavə iddialar arasında Blatterin 2011-ci ildə UEFA prezidenti Mişel Platiniyə 2 milyon avro verməsi də var.