Robbenlə daha 2 il
17.02.2014 - 22:55
Robbenlə daha 2 il

“Bavariya” təcrübəli yarımmüdafiəçisi Aryen Robbenlə müqaviləni yeniləyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “Kicker” nəşri xəbər yayıb.

 

Belə ki, alman klubu 30 yaşlı yarımmüdafiəçisi ilə 2015-ci ildə başa çatacaq sözləşməni daha 2 il uzadacaq. Yaxın günlərdə açıqlama verən və Münhen təmsilçisində futbolla vidalaşmaq istədiyini deyən Robbenin də bu təklifə “bəli” deyəcəyi gözlənilir.

 

Qeyd edək ki, Hollandiya millisinin üzvü 2009-cu ildə Madrid “Real”ından “Bavariya”ya keçib. O, cari mövsüm Almaniya Bundesliqasında və Çempionlar Liqasında 20 matça çıxıb və 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.