“Qəbələ”nin maraq dairəsində olan İvan Bobko “Çernomorets”lə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun özü Ukrayna mətbuatına açıqlama verib.
Odessa klubuna təşəkkür edən 24 yaşlı yarımmüdafiəçi sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Qəbələ”yə keçmək variantının olduğunu təkzib etməyib: “Çernomorets” rəhbərliyinə və azarkeşlərinə minnətdaram. Bu klubun heyətində unudulmaz illər keçirdim. Komandaya olan sevgimi sözlə ifadə edə bilmirəm. Azərbaycandan təklif aldığım doğrudu. Roman Qriqorçuk amilini nəzərə alsaq, “Qəbələ”yə keçidim mümkündü. Eşitdiyim qədərilə, “Qəbələ” ambisiyalı komandadı”.
Qeyd edək ki, “Çernomorets”in yetirməsi olan Bobko 2007-ci ildən əsas komandada çıxış edirdi.