Boliviya prezidenti peşəkar futbolçu oldu
19.05.2014 - 19:52
Boliviya prezidenti peşəkar futbolçu oldu

 

Boliviya prezidenti Evo Morales ölkənin birinci divizionunda çıxış edən “Sport Boys” futbol klubu ilə 1 illik müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, 54 yaşlı siyasətçi orta hesabla hər oyunda 20 dəqiqə meydanda olacaq.

 

Amma Morales gərgin iş qrafiki səbəbindən hər oyunda oynaya bilməyəcək. Prezident klubdan ayda 214 dollar maaş alacaq. Morales klubda 10 nömrəli futbolka ilə oynayacaq. Prezident özü bəyan edib Ki, çox gözəl fiziki formadadır və oynamağa hazırdır.

 

Morales indiyə qədər ancaq jurnalistlər və digər siyasətçilərlə yoldaşlıq görüşlərində oynayıb. O, 2006-cı ildə oyun zamanı rəqib qapıçının burnunu sındırıb.