Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turniri start verib. Apasport.az saytının məlumatına görə, millimizin Yaponiya yığması ilə qarşılaşdığı gün digər 5 görüş də keçirilib.
Rusiya Moldovanı 2:0, Belarus Latviyanı 2:1, Bolqarıstan Qazaxıstanı 2:0, Slovakiya Yunanıstanı 2:1 və Finlandiya Moskva U18 komandasını 0:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan yığması yaponlara 1:0 hesabı ilə qalib gəlib.
A qrupu
Rusiya – Moldova – 2:0
B qrupu
Belarus - Latviya - 2:1
C qrupu
Bolqarıstan - Qazaxıstan - 2:0
D qrupu
Slovakiya – Yunanıstan – 2:1
E qrupu
Moskva U18 – Finlandiya – 0:1