Bolqarıstan yığması Bakıya "casus” göndərir
14.08.2014 - 16:26
Bolqarıstan yığması Bakıya "casus” göndərir

AVRO-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Bolqarıstan yığmasının baş məşqçisinin köməkçisi Radoslav Zdravkov Bakıya gələcək. Apasport.az xəbər verir ki, onun məqsədi avqustun 20-də “Bakcell Arena”da Azərbaycan və Özbəkistan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünü izləməkdir.

 

Zdravkov saat 21:00-da başlayacaq oyuna stadiondan baxacaq.

 

Qeyd edək ki, Azərbaycan və Bolqarıstan milli komandaları arasında AVRO-2016-nı seçmə mərhələsi çərçivəsində ilk görüş sentyabrın 9-da Bakıda keçiriləcək