Bolqarıstan millisinin futbolçusu Vladimir Qadjev karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Sofiyanın “Levski” klubunun şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi ölkəmizdən təklif alıb.
Paytaxt təmsilçisinin rəhbərliyi Belçikanın “Gent” və “Lokeren” klublarının transfer etməyə çalışdığı, Azərbaycan və Polşadan da təkliflər alan orta sahə oyunçusunu buraxmaq istəmir. Bu üzdən bolqarıstanlılar 2007-ci ildən komandada çıxış edən futbolçu ilə yeni müqavilə imzalamağa çalışır. Vladimir isə hələ yekun qərarını verməyə tələsmir.
Qeyd edək ki, Yunanıstanın “Panatinaikos”, “Levadiakos” və “Krit” klublarında da oynamış Qadjev Bolqarıstan millisində 24 oyunda 1 qol vurub.