Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları Bolqarıstanın “Ludoqorets” klubunun müdafiəçisi Kozmin Motsinin qəhrəmanlığı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Rumıniya “Styaua”sı üzərində 1:0 hesablı qələbə qazanan bolqarıstanlıların arxa xətt oyunçusu penaltilər seriyasında komandasını xilas edib.
119-cu dəqiqədə qırmızı vərəqə alan qapıçı Vladislav Stoyanovun əvəzinə çərçivəyə keçən müdafiəçi penaltilər seriyasında da qapımı qorumalı olub. Məhz onun qaytardığı iki zərbə isə komandasının 6:5 hesablı qələbəsi ilə nəticələnib. Bununla da “Ludoqorets” tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna düşüb.
Qeyd edək ki, ilk oyunda 0:1 hesabı ilə uduzan Bolqarıstan çempionu matçın əlavə vaxta aparan qolu 90-cı dəqiqədə vurub.