"Fənərbaxça" ilə oyundan sonra beş futbolçuya istirahət verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Tobol”la yoxlama oyunundan sonra deyib.
Təcrübəli mütəxəssis Qazaxıstan təmsilçisi üzərindəki 4:2 hesablı qələbəni dəyərləndirib: “Meydana əvəzedici heyətdən bəzi futbolçular çıxdı. Onlar özünü doğrultdular. Onlar perspektivli oyunçular və Azərbaycan futbolunun gələcəyidirlər. 4:2 hesabı hər şeyi deyir. Ancaq müdafiədə səhvlər xoşuma gəlmədi, bunları aradan qaldırmaq lazımdır. “Neftçi” indi 55 faiz hazırdır. Üçüncü dövrənin başlanmasına kimi 75 faiz olmalıdır. Mən transferlər gərək olmayan komandanı tərifləmək istəmirəm. Sadəcə, bəzi futbolçuları kökləmək, ruh yüksəkliyi yaratmaq lazımdır".