Böyükağa Hacıyev: ...2 yox, 25 oğlum var
19.01.2014 - 04:40
Böyükağa Hacıyev:  ...2 yox, 25 oğlum var

 

“Mənim üçün Azərbaycanla Türkiyənin fərqi yoxdur. Burada da özümü Bakıdakı kimi hiss edirəm. “Fənərbaxça” ilə oyun yoldaşlıq matçı idi. Biz bu komanda ilə fəxr edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

Təcrübəli mütəxəssis “Fıənərbaxça” ilə Antalyada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb.

 

Hacıyev mətbuat konfransında 0:0 hesablı heç-heçənin yoxlama xarakterli matçda qeydə alınmasını vurğulayıb: “Çalışırıq ki, onlardan nəsə öyrənək. Ümumiyyətlə, istənilən oyunda rəqibdən nəsə müsbət şey öyrənməyə çalışırıq. “Fənərbaxça” müasir, komplektləşmiş komandadır. Onlarla heç-heçə etdik. Lakin bu matç yoxlama xarakteri daşıyırdı. Düşünürəm ki, kim qol vursaydı, bu oyunu qazanacadı. Allah da bizim qardaşlığımızı qəbul edir və bu üzdən sonda heç-heçə qeydə alındı”.

 

Hacıyev “Neftçi”dəki məşqçi-futbolçu münasibətlərini də qabardıb: “Məşqçi oyunçular üçün ata olmalıdır. Mən də hesab edirəm ki, 2 deyil, 25 oğlum var. Futbolçu məşqçisinin onu müdafiə etdiyini görürsə, çalışdırıısına güvənir. Motivasiya, konsentrasiya da bundan asılıdır. Futbolçularımla fəxr edirəm. Azərbaycanda məşqçi azdır. Futbolçusu onun üçün meydanda can verməyə hazırdırsa, bu, xoşbəxtlikdir. Bu, məşqçi üçün ən böyük nemətdir. Oyundan qabaq da sakit idim. Əgər məqşçi qorxursa... Qorxaq general əsgərlərini necə müharibəyə apara bilər? Komandam da, mən də rəqibdən çəkinmirdik”.