Böyükağa Hacıyev “İnter”ə sataşdı
19.02.2014 - 19:14
Böyükağa Hacıyev “İnter”ə sataşdı

“Gərgin qarşılaşma oldu. Hesabda 2 dəfə geridə olsaq da, heç-heçə etdik. Müdafiəçilərin cəzalı olması oyunumuza təsir etdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

Hacıyev “İnter”lə oyundan (2:2) sonra bildirib ki, bəzi futbolçuların çıxışı onu qane etməyib.

 

Onun sözlərinə görə, müdafiə xətti bərbad çıxış edib: “Elvin Yunuszadə, Tərlan Quliyev və Denis Silvanın oyunu məni qane etmədi. 11 metrlik cərimə zərbəsi verilirsə, vərəqə də verilməli idi. Bir sıra legionerlərin oyunu məni qane etmədi. 3 əvəzetmənin hamısı özünü doğrultdu. İrəlidə 14 oyun var, aradakı xal fərqini azaltmağa çalışacağıq. 2 standard vəziyyətdən qol buraxdıq. Saşa Stamenkoviç hər 2 topu götürməli idi. Buraxılan qollarda müdafiəçilərin də günahı var idi. “İnter”in sonuncu dəfə “Neftçi”ni nə vaxt məğlub etdiyi yadıma gəlmir. Ona görə də, “İnter” 3 xal itirmədi, 1 xal qazandı”.