“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev azərbaycanlı futbolçuların “ulduz xəstəliyi”ndən danışıb. Apasport.az saytına açıqlama verən təcrübəli mütəxəssis yerli oyunçularla xariciləri müqayisə edib.
“Bizim futbolçular tez “şişirlər”, bilirsiz niyə? Çünki bu, mentalitetdən irəli gəlir. Bizdə futbolçu 200-250 minlik müqavilə imzalayan kimi, həmən “inomarka”, bahalı telefon alır, bir də dar cins şalvar. Bununla da futbol qurtardı” – deyə, Hacıyev bildirib.
Məşqçilər Komitəsinin üzvü olan çalışdırıcı əcnəbi futbolçuların fərqli xarakterdə olduqlarını əlavə edib: “Ulduz futbolçuları diqqətlə izləyirik. Pepe, Ronaldo, Messi, Suares, bunların hər birinin hesabında ən aşağısı 100 milyon pul var. Bu, milyonçuların futboludu. Onlar futbolu istəyərək, oynayırlar. Bizimlə onların fərqi da məhz bundadı. Əfsuslar olsun ki, bizim futbolçular dərin fikirləşmirlər”.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək