Böyükağa Hacıyev: Bu, o deməkdir ki, intizam yerindədi
24.01.2014 - 22:22
"Bu gün xətləri yoxlamaq qərarına gəldim. Həmçinin, bəzi oyunçuları başqa mövqelərdə yoxladım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Metallurq”la yoxlama oyunundan sonra deyib.
Təcrübəli mütəxəssis Ukrayna təmsilçisi ilə qolsuz heç-heçəni dəyərləndirib:
“Toplanışın sonunda xüsusən aparıcı futbolçuların yorğunluğunu hiss edirəm. Rəqib sərt oynayırdı. Deyərdim ki, hətta kobud. Yaxşı ki, yetirmələrim zədələrdən qaça bildilər. Şadam ki, heç bir futbolçum kobudluqla cavab vermədi. Bu, o deməkdir ki, intizam yerindədir".
0
0