“İlk görüşdə maraqlı oyunun şahidi olduq. “Koper” iki real qol imkanı əldə etdi və bunlardan da yararlandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin “Koper”lə Sloveniyadakı cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında çıxış edib. O bildirib ki, “Neftçi” qələbə üçün əlindən gələni edəcək: “Bu onu göstərir ki, rəqib əks hücuma çıxmağı yaxşı bacarır və əlinə düşən imkanlardan da layiqincə istifadə edir. Biz də əl-qolumuzu yanımıza salmamışıq, bura elə-belə gəlməmişik. Təbii ki, çox çətin oyun olacaq, bunu anlayırıq”.
Hacıyev rəqib haqda da fikirlərini açıqlayıb: “Koper” təsəvvür elədiyimizdən də güclü komandadır. Rəqib keçmiş Yuqoslaviya məktəbinə xas futbol nümayiş etdirir, mən deyərdim ki, növbəti mərhələdə istər “Bursaspor” olsun, istər “Çixura”nı adlamağa qadirdir. Amma mərhələ keçmək şansımız hələ də qalır. Bu şansdan sonadək yararlanmaq istəyirik. Azarkeşlərimiz əmin olsunlar, bizə inansınlar, əlimizdən gələnin ən yaxşısını eləyib, sonadək döyüşəcəyik və mərhələ adlamağa çalışacağıq”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı