“Əsas heyətin 5-6 futbolçusunun oynamaması öz sözünü dedi. Erik Ramos mərkəzdə oynayanda daha rahat oluram, neçə ildir ki, özünü doğruldur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXI turunun “Bakı” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb. Hacıyev 0:2 hesablı səfər məğlubiyyətini itkilərlə izah edib: “Rəşad Sadıqov oyun qurucu kimi yaxşıdır, bu gün isə rəqib hücumlarını dağıtmaq üçün fərqli mövqedə oynadı. Nə edək ki, Kanales kimi qol imkanlarından istifadə edən futbolçumuz yoxdur. Melvin Platyenin qol vurmasını istəyirdim, amma vura bilmədi. Qol epizodlarında yalnız çərçivəyə düşməyi lazım idi, bacarmadı”.
Mənbə: pfl.az