Böyükağa Hacıyev hakimlərə mühazirə oxudu
21.01.2015 - 11:13
Böyükağa Hacıyev hakimlərə mühazirə oxudu

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təlim-məşq toplanışını ölkəmizdə keçən komandaları izləməkdə davam edir. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Hacıyev Premyer Liqa komandalarının iki oyununu izləyib.

 

Təcrübəli mütəxəssis yoxlama görüşləri çərçivəsində “Sumqayıt”ın AZAL-la və “Bakı”nın “İnter”in əvəzediciləri ilə qarşılaşmasına baxıb. Hacıyev klubların məşqçilər korpusu ilə də görüşüb.

 

Məşqçilər Komitəsinin üzvü həmçinin Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının çempionatına və I divizionun oyunlarına təyinat alan referi və referi köməkçiləri üçün Bakıda, “Əlincə” İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında “Hakim və məşqçi münasibəti” mövzusunda mühazirə oxuyub.