Branimir Subaşiç 35-i görmədi
14.05.2014 - 11:04
Branimir Subaşiç 35-i görmədi

Azərbaycan millisinin futbolçusu Branimir Subaşiçin Türkiyə çempionatındakı ilk mövsümü başa çatıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu “Orduspor”da keçirdiyi 2013/14 mövsümündə 34 matçın iştirakçısı olub.

 

Komandasının I liqadan Superliqaya yüksəlmək üçün pley-off mərhələsinin finalına çıxa bilməməsi Branimirin 35-ci oyunu görməsinə imkan verməyib. Təmsilçimiz qonşu ölkədə keçirdiyi 34 matçda 2554 dəqiqə meydanda olan Subaşiçin hesabında 8 qol, 3 məhsuldar ötürmə və 4 sarı vərəqə var.

 

Bunların hamısı çempionat oyunlarına təsadüf edib. Pley-off da daxil olmaqla, I liqada 32 matçda 2507 dəqiqə meydanda olan futbolçumuzun bütün qolları, ötürmələri və  vərəqələri bu yarışa təsadüf edib. 2 oyun və 47 dəqiqədən ibarət kubok həyəcanı siə heç nə ilə yadda qalmayıb.